...

Türkiyə xarici siyasətində ən güclü dövrünü yaşayır - Baş nazir Ərdoğan

Dünya xəbərləri Materials 18 İyun 2010 13:46 (UTC +04:00)
Türkiyə xarici siyasətində ən güclü dövrünü yaşayır - Baş nazir Ərdoğan
Türkiyə xarici siyasətində ən güclü dövrünü yaşayır -  Baş nazir Ərdoğan

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi qrup toplantısında ölkənin hal-hazırda xarici siyasətində ən güclü dövrünü yaşadığını bildirib. Bu barədə Türkiyənin CNN Turk telekanalı məlumat verib.

"Türkiyə xarici siyasətində ən güclü dövrünü yaşayır", - deyə Ərdoğan bildirib.

Baş nazir onu da qeyd edib ki, ölkənin gücləndiyi bir dövrdə, bəzi qüvvələr terrorçulardan istifadə edərək, öz məkrli əməllərinə çatmaq istəyindədirlər.

"Ölkədəki terror aktlarını dəstəkləyənlər öz hədəfinə çatmayacaqlar. Heç kim ölkənin güc strukturlarının mübarizə əzmini qıra bilməz", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti