...

İran amerikalı məmurların bəyanatlarına fikir vermir – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 3 Avqust 2010 11:33 (UTC +04:00)
Tehran amerikalı məmurların bəyanatlarına fikir vermir. İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri admiral Maykl Mullenin Birləşmiş Ştatların İslam Respublikasına hücumu ilə bağlı bu yaxınlarda dediklərini şərh edərkən bildirib. Xəbəri IRNA agentliyi yayıb.
İran amerikalı məmurların bəyanatlarına fikir vermir – XİN nümayəndəsi

Tehran amerikalı məmurların bəyanatlarına fikir vermir. İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri admiral Maykl Mullenin Birləşmiş Ştatların İslam Respublikasına hücumu ilə bağlı bu yaxınlarda dediklərini şərh edərkən bildirib. Xəbəri IRNA agentliyi yayıb.

"Biz amerikalı hərbi məmurların bəyanatlarına fikir verməməliyik", - o deyib.

Mullen bəyan edib ki, ABŞ İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zərurət yaranacağı halda, İrana hücum etməyi planlaşdırır.

Mehmanpərəst əlavə edib ki, belə bəyanatlar ABŞ-da vəziyyətin qeyri-sabit olmasının, regiondakı çoxsaylı uğursuzluqları ucbatından yaranan qəzəb və məyusluğunun nəticəsidir.

Xəbər lenti

Xəbər lenti