...

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 9 Avqust 2010 10:21 (UTC +04:00)

Ötən gecə yerli vaxtla saat 22:05 radələrində İranın Qərbi Azərbaycan əyalətinin Nalus şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Hələlik zəlzələ nəticəsində ölən və yaralananlar, zəlzələnin vurduğu ziyan barədə məlumat yoxdur.

Ötən həftə İranın şimal-şərqində, Türbəti-Heydəriyyə şəhəri yaxınlığında yerləşən Xorasan Rəzavi vilayətində 5,7 bal gücündə zəlzələ baş verib, 170-dən çox insan xəsarət alıb.

Ümumiyyətlə, İranda güclü zəlzələlər tez-tez baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Xəbər lenti

Xəbər lenti