...

İran, Qərbi yanacaq mübadiləsi ilə bağlı danışıqlar imkanını əldən verməməyə çağırır – İranın MAQATE-dəki nümayəndəsi

Dünya xəbərləri Materials 9 Avqust 2010 16:23 (UTC +04:00)
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə Qərbi, İranın Vyana qrupuna (ABŞ, Fransa, Rusiya) Tehrandakı tədqiqat reaktoru üçün yanacağın verilməsi haqda göndərdiyi məktubla açdığı imkanı əldən verməməyə çağırıb. Bu barədə ISNA agentliyi xəbər verir.
İran, Qərbi yanacaq mübadiləsi ilə bağlı danışıqlar imkanını əldən verməməyə çağırır – İranın MAQATE-dəki nümayəndəsi

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə Qərbi, İranın Vyana qrupuna (ABŞ, Fransa, Rusiya) Tehrandakı tədqiqat reaktoru üçün yanacağın verilməsi haqda göndərdiyi məktubla açdığı imkanı əldən verməməyə çağırıb. Bu barədə ISNA agentliyi xəbər verir.

Məktubun məzmununa gəldikdə, Sultaniyə deyib ki, "onun əsas ideyası Vyana qrupunun irəli sürəcəyi hansısa bir ilkin şərt olmadan İranın Tehrandakı tədqiqat reaktoru üçün yanacağın verilməsi haqda danışıqlara başlamağa hazır olmasından ibarətdir".

"Biz ümid edirik ki, Qərb və ABŞ öz siyasi niyyətlərindən əl çəkəcəklər və imkanı əldən buraxmayacaqlar", - o, ingilisdilli "Səhər" telekanalına müsahibəsində bildirib.

Sultaniyə təkrar edib ki, İranın nüvə fəaliyyəti qanunidir, onun ölkəsi indiyədək bir dəfə də nüvə silahının yayılmaması haqqında müqaviləni pozmayıb.

"Agentliyin bütün məruzələri sübut edir ki, İran heç zaman nüvə silahı yaratmağa can atmayıb və ölkə heç vaxt MAQATE-nin yoxlamaları prosesinə hər hansı bir maneə yaratmayıb", - o deyib.

Xəbər lenti

Xəbər lenti