...

Əli Əkbər Salehi BAEA rəhbərinin son çıxışını "çox təhlükəli" adlandırıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 14:09 (UTC +04:00)
İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) rəhbəri Yukiya Amano çıxışını "böyük səhv" və "çox təhlükəli" adlandırıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.
Əli Əkbər Salehi BAEA rəhbərinin son çıxışını "çox təhlükəli" adlandırıb

İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) rəhbəri Yukiya Amano çıxışını "böyük səhv" və "çox təhlükəli" adlandırıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

"Amanonun çıxışı göstərir ki, ona çox güclü təzyiq olunub və o da bu təzyiqlər qarşısında baş əyib", - deyə Salehi deyib.

Yukiya Amano bazar ertəsi BAEA Hakimlər Şurasının iclasında çıxışı zamanı BAEA-nın iki müfəttişinin İrana buraxılmamasını tənqid edib. O deyib ki, BAEA İranın nüvə proqramının sülhyönlü olmasını təsdiqləyə bilmir.

"Ölkələr BAEA müfəttişləri siyahısından kimlərin təftiş aparacağını seçmək hüququna malikdir. Necə ki bəzi Qərb ölkələri BAEA-nın Asiya ölkələrindən olan müfəttişlərini öz ölkələrinə buraxmırlar", - deyə Salehi deyib.

Xəbər lenti

Xəbər lenti