...

Azərbaycan Prezidenti Türkiyəyə səfərə gəlib

Dünya xəbərləri Materials 15 Sentyabr 2010 16:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısında iştirak etmək üçün İstanbula səfərə gəlib.
Azərbaycan Prezidenti Türkiyəyə səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısında iştirak etmək üçün İstanbula səfərə gəlib. Məlumatı Cihan agentliyi yayıb.

Azərbaycan Prezidentini hava limanında dövlət naziri Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

Çərşənbə günü Azərbaycan Prezidenti ilə onun türkiyəli həmkarı Abdullah Gül və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.

Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısının əsas mövzusu İstanbulda yeni beynəlxalq təşkilat - türkdilli ölkələrin mənzil qərargahı ilə Əməkdaşlıq Şurasının yaradılması prosesinin başa çatdırılmasıdır.

Çərşənbə günü İstanbulda türkdilli ölkələrin dövlət başçılarının sammitinin başlanğıcında türkdilli ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Şuraya Türkiyə Prezidenti Katibliyinin rəhbəri Mustafa İsenin rəhbərlik edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti