RED. əlavəsi: həlak olanlar barədə məlumat və hadisənin detalları yenilənib
Cümə axşamı səhər Türkiyənin Həkkəri vilayətində sərnişin mikroavtobusunun minaya toxunması nəticəsində baş vermiş partlayışda, ən azı, səkkiz nəfər həlak olub və üç nəfər yaralanıb. Bu barədə CNN Turk telekanalının saytı məlumat verib.
Bundan əvvəl 12 nəfərin həlak olduğu bildirilmişdi.
Partlayış cümə axşamı səhər, ehtimallara görə, qabaqcadan planlaşdırılan terror aktı nəticəsində baş verib. Mikroavtobus qabaqcadan şoseyə qoyulan minanın üzərindən keçib.
Yaralananların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib; onların şəxsiyyətləri hələlik müəyyənləşdirilir.