...

İran daxili işlər naziri Bəhreyndə iclasda iştirak edəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2010 15:50 (UTC +04:00)

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar İraq ilə qonşu olan ölkələrin nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Bəhreynin paytaxtı Manamaya yola düşüb. Məlumatı "Press TV" yayıb.

Nəccar sammitdə çıxış etməyi və iclasın kuluarlarında öz həmkarları ilə danışıqlar aparmağı planlaşdırır.

İranın nümayəndə heyəti Manamada çərşənbə günü keçiriləcək sammit ərəfəsində keçirilən iclasda iştirak etmək üçün bazar günü Bəhreynə gəliblər.

İran, Bəhreyn, Misir, İordaniya, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə İraq ilə qonşu olan ölkənin daxili işlər nazirlərinin VII Konfransında iştirak edəcəklər.

İraq ilə qonşu ölkələrin birinci sammiti İranın təşəbbüsü ilə 2004-cü ildə Tehranda keçirilib. Sonralar sessiyalar Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt və Misirdə keçirilib.

Haızrkı sammitin keçirilməsində məqsəd region ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması üsullarının tapılması və İraq hökumətinə ölkədə sabitliyin bərpa olunması və qanuna riayət olunmasında kömək göstərməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti