...

İraqda təhlükəsizliyin olmaması Qərbə sərf edir – İranın ali lideri

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 17:24 (UTC +04:00)
Ayrı-ayrı dövlətlər İraqda siyasi qeyri-sabitliyin yaradılmasında maraqlıdırlar. Bunu bazar ertəsi İslam İnqilabının lideri ayətullah Əli Xamneyi İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşündə deyib.
İraqda təhlükəsizliyin olmaması Qərbə sərf edir – İranın ali lideri

Ayrı-ayrı dövlətlər İraqda siyasi qeyri-sabitliyin yaradılmasında maraqlıdırlar. Bunu bazar ertəsi İslam İnqilabının lideri ayətullah Əli Xamneyi İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşündə deyib. Xəbəri "Press TV" yayıb.

"İraqdakı nisbi sabitliyə baxmayaraq, ölkə hələ də qorunmur və bu qeyri-sabitlik İraqda təhlükəsizliyin olmamasında maraqlı olan dövlətlər tərəfindən təzyiqin nəticəsidir", - Xamneyi qeyd edib.

Ayətullah Xamneyi bildirib ki, vahid hökumətin tezliklə formalaşması və İraqda təhlükəsizliyin bərpası əsas vəzifədir və İraqın bütün rəsmi şəxslərini tezliklə vahid hökumətin yaradılması üçün səyləri əsirgəməməyə çağırıb.

İslam İnqilabının rəhbəri qeyd edib ki, tezliklə İraq hökumətinin formalaşdırılması İraq xalqının marağındadır.

Əl-Maliki öz novbəsində İraqın İslam Respublikası ilə münasibətlərini starteji əhəmiyyətli və dost münasibətləri adlandırıb və ölkələr arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti