...

Xüsusitəyinatlılar Çeçenistan Parlamentini mühasirəyə alıblar (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 12:03 (UTC +04:00)
Xüsusitəyinatlılar 3-ə qədər yaraqlının daxil ola biləcəyi Çeçenistan Parlamentini mühasirəyə alıblar. Bu barədə çərşənbə axşamı "RİA-Novosti" agentliyinə respublikanın güc strukturlarındakı mənbə məlumat verib.
Xüsusitəyinatlılar Çeçenistan Parlamentini mühasirəyə alıblar (ƏLAVƏ OLUNUB)

RED. Əlavəsi: Hadisənin təfərrüatları və bəkqraund əlavə olunub (ikinci abzasdan sonra).

Xüsusitəyinatlılar 3-ə qədər yaraqlının daxil ola biləcəyi Çeçenistan Parlamentini mühasirəyə alıblar. Bu barədə çərşənbə axşamı "RİA-Novosti" agentliyinə respublikanın güc strukturlarındakı mənbə məlumat verib.

Çərşənbə axşamı səhər Parlamentin ərazisində terror aktı törədilib: intiharçı özünü partladıb. İlkin məlumatlara görə, onunla olan yaraqlılar binaya daxil ola biliblər; onların yeri dəqiqləşdirilir.

Yerli vaxtla saat 09:00-dan başlayaraq, Parlamentin yerləşdiyi rayonda atəş səsləri eşidilib. Hazırda bina tərəfdən atəş açan yoxdur, hərdən tək-tək güllə səsləri eşidilir.

"Xüsusi əməliyyata rəhbərlik edən Prezident Ramzan Kadırov hadisə yerindədir", - agentliyin müsahibi bildirib. O əlavə edib ki, hazırda ərazi mühasirəyə alınıb, əraziyə bitişik küçələr bağlanıb, keçid nəzarətə götürülüb.

Həlak olanlar barədə yekun məlumat yoxdur.

Bu, respublika ərazisində son ayda baş verən ikinci ciddi insidentdir. Avqustun sonlarında Ramzan Kadırovun doğulduğu Sentoroy kəndinə hücum edilib. Respublika rəhbəri hücumun qarşısının vaxtında alındığını və 12 yaraqlının məhv edildiyini bildirib. Hüquq-mühafizə orqanlarının beş əməkdaşı həlak olub, 17 milis işçisi və yeddi mülki şəxs yaralanıb.

Çeçenistanda dövlət müəssisəsinə ən irimiqyaslı hücum 7 il bundan əvvəl baş verib. 2003-cü il dekabrın 27-də Qroznıda partlayıcı maddələrlə yüklənmiş 2 yük maşını Çeçenistanın Hökumət evinin hasarına çırpılıb və onun ərazisində partlayıb. Bir tondan artıq partlayıcı maddənin yerləşdirildiyi maşınları intiharçı-terrorçular idarə ediblər. Partlayış yerində diametri 7 metrə yaxın olan çuxur əmələ gəlib. İnsident nəticəsində 72 nəfər həlak olub, daha 310 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti