...

İran Azərbaycanında dünyanın ən duzlu gölünun üçdəbir hissəsi quruyub - İran rəsmisi

Dünya xəbərləri Materials 29 Oktyabr 2010 13:41 (UTC +04:00)
İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru bildirib ki, İran Azərbaycanında yerləşən dünyanın ən duzlu və İranın ən böyük gölü olan Urmiya gölünün üçdəbir hissəsi quruyub.
İran Azərbaycanında dünyanın ən duzlu gölünun üçdəbir hissəsi quruyub - İran rəsmisi

İran Göllərin Mühafizəsi Dövlət İdarəsinin direktoru bildirib ki, İran Azərbaycanında yerləşən dünyanın ən duzlu və İranın ən böyük gölü olan Urmiya gölünün üçdəbir hissəsi quruyub.

İranın hakim mühafizəkar düşərgəsinə yaxın olan Alef.ir saytına müsahibəsində Əli Nəzərdust bildirib ki, regionda su sədlərinin tikilməsi, qeyri-elmi layihələr, yağış qıtlığı və digər amillər Urmiya gölünün qurumasına səbəb olub.

Urmiya gölündə hazırda hər litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edilb. Bu gölün ərazisi 5 000 kvadratmetr imiş, hazırda bunun üçdəbir hissəsi quruyub və şoranlığa çevrilib.

Xəbər lenti

Xəbər lenti