...

İran "5+1" qrup ölkələri ilə aparılacaq danışıqların müsbət nəticələnəcəyinə inanır

Dünya xəbərləri Materials 12 Noyabr 2010 17:31 (UTC +04:00)

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi bildirib ki, "5+1" ölkələri (BMT TŞ-nin daimi üzvləri və Almaniya) əməkdaşlıq edərsə və bəhanələr gətirməzsə, İran və "5+1" ölkələri arasında aparılacaq danışıqlar müsbət nəticə verə bilər. Məlumatı ISNA agentliyi yayıb.

Brucerdi əlavə edib ki, danışıqların başlanmasını "5+1" ölkələri təklif etdiyi üçün bu dövr müzakirələrin əməkdaşlıq və müştərək mövqelər üzərində aparılacağına və müsbət nəticə verəcəyinə ümid bəsləmək olar.

Noyabrın 10-da İran və "5+1" ölkələrinin bir ildən sonra yeni dövr müzakirələri planlaşdırılmışdı. Daha sonra danışıqların tarixi 23 noyabr, yaxud 5 dekabr müəyyən olundu. Lakin bu da dəqiq tarix deyil. Müzakirələrdə "5+1" ölkələrini Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsii Ketrin Eşton təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti