...

Əfqanıstan Prezidenti Gərəşk şəhərinin sabiq merinin qətli ilə bağlı araşdırmalara göstəriş verib

Dünya xəbərləri Materials 2 Dekabr 2010 16:43 (UTC +04:00)
Əfqanıstan Prezidenti Həmid Kərzai Gərəşk şəhərinin sabiq başçısı Hacı İbrahimin beynəxalq sülhməramlı qüvvələr tərəfindən öldürülməsi məsələsinin araşdırılması barədə bazar ertəsi axşam göstəriş verib.
Əfqanıstan Prezidenti Gərəşk şəhərinin sabiq merinin qətli ilə bağlı araşdırmalara göstəriş verib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Cəfərov/

Əfqanıstan Prezidenti Həmid Kərzai Gərəşk şəhərinin sabiq başçısı Hacı İbrahimin beynəxalq sülhməramlı qüvvələr tərəfindən öldürülməsi məsələsinin araşdırılması barədə bazar ertəsi axşam göstəriş verib. Bu barədə Əfqanıstan Prezidenti Administrasiyasından Trend-ə məlumat verilib.

Bazar ertəsi Əfqanıstanın Helmənd əyalətində beynəlxalq sülhməramlı qüvvələr Gərəşk şəhərinin sabiq başçısının evinə hücum edib. Hücum zamanı Hacı İbrahim öldürülüb və onun ailəsinin 6 üzvü həbs olunub.

Kərzai Helmənd əyalət başçısından hadisənin təfərrüatı barədə məlumat alıb. Məlum olub ki, Hacı İbrahim günahsız öldürülüb və onun həbs edilmiş ailə üzvlərinin də təqsiri yoxdur. Əfqanıstan Prezidenti Helmənd başçısına göstəriş verib ki, NATO və ISAF rəsmiləri ilə bununla bağlı müzakirə aparsın və müvafiq qərarın qəbul edilməsi üçün danışıqların nəticələrini Prezidentə məruzə etsin.

Xəbər lenti

Xəbər lenti