...

Türkiyənin Baş naziri pakistanlı həmkarını qəbul edib

Dünya xəbərləri Materials 8 Dekabr 2010 16:34 (UTC +04:00)
Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Yusif Rza Gilani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə Türkiyənin Dövlət Teleradio Şirkəti TRT-nin rus xidməti məlumat verib.
Türkiyənin Baş naziri pakistanlı həmkarını qəbul edib

Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Yusif Rza Gilani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə Türkiyənin Dövlət Teleradio Şirkəti TRT-nin rus xidməti məlumat verib.

Görüşdə bir çox sahələrdə, əsasən müdafiə və infrastruktur sahəsində sazişlər imzalanıb.

Pakistan Baş nazirinin şərəfinə təntənəli nahar təşkil olunub. Naharda Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğana daşqınlardan ziyan çəkən Pakistanın regionlarında fəaliyyətə görə, "Hilali Pakistan" dövlət ordeni təqdim olunub. Bu yüksək dərəcəli orden Pakistanın mülki şəxslərinə verilir.

Bundan əvvəl, çərşənbə axşamı Gilani Türkiyə və Pakistan arasında münasibətlərin inkişafına və iki ölkənin yaxınlaşmasına verdiyi töhfəyə görə Respublika Ordeni ilə təltif edilib. Pakistanın Baş nazirinə mükafatı Çankaya iqamətgahında Türkiyə Prezidenti Abdullah Gül təqdim edib.

Gül bildirib ki, Yusif Rza Gilani çox mürəkkəb vəziyyətlərdə dövlət xadiminin yüksək keyfiyyətlərini nümayiş etdirib. Onun sözlərinə görə, mükafat iki ölkə arasında münasibətlərin  möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Yusif Rza Gilani öz növbəsində bəyan edib ki, iki ölkə arasında əlaqələrin xüsusi xaraketri olub və mükafata görə Türkiyəyə Pakistan hökuməti və xalqı adından minnətdarlığını bildirib.

Nazirlər Şurasının qərarına və Türkiyə Prezidentinin tövsiyələrinə əsasən, Respublika Ordeni Türkiyə ilə dostluq münasibətlərinin inkişafına və xalqların yaxınlaşdırılmasına görə baş nazirlərə, nazirlərə və xarici nümayəndəlik əməkdaşlarına verilir.

Xəbər lenti

Xəbər lenti