...

İranda yük maşınının yoldan çıxması əzadarlıq edən 4 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 15 Dekabr 2010 15:19 (UTC +04:00)
Bu gün səhər İranın Ərak şəhərinin Karçan kəndi yaxınlığında yük maşını yoldan çıxaraq magistral yolun kənarı ilə Tasua günü münasibətilə İmam Hüseynə əzadarlıq edərək gedən şəxslərə dəyib.
İranda yük maşınının yoldan çıxması əzadarlıq edən 4 nəfərin ölümünə səbəb olub

Bu gün səhər İranın Ərak şəhərinin Karçan kəndi yaxınlığında yük maşını yoldan çıxaraq magistral yolun kənarı ilə Tasua günü münasibətilə İmam Hüseynə əzadarlıq edərək gedən şəxslərə dəyib. Hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Məlumatı ILNA agentliyi yayıb.

Məlumata əsasən, yük maşınının yoldan çıxmasına onun əyləc sisteminin iştəməməsi səbəb olub. Hadisə nəticəsində yaralananlar Ərakın Vəliəsr xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətində də Tasua günü münasibəti ilə əzadarlıq edən şəxslərə qarşı terror aktı baş verib. Kamikadzenin özünü partlatması nəticəsində 38 nəfər ölüb, 55 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti