İraq Prezidenti Cəlal Təlabani bazar ertəsi Türkiyəyə yola düşəcək. Bu barədə Anadolu agentliyi məlumat verib.
Təlabani dekabrın 23-də İstanbulda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində çıxış edəcək.
Türkiyəyə səfəri zamanı Təlabani ölkə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirəcək.
Müzakirələrin əsas mövzusu Türkiyə ilə İraq arasında iqtisadi və siyasi münasibətlər olacaq.