...

ABŞ Dövlət Departamenti qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməyə qarşı çıxdığını bir daha təsdiqləyib

Dünya xəbərləri Materials 21 Dekabr 2010 12:36 (UTC +04:00)

ABŞ Dövlət Departamenti növbəti dəfə Konqresin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" ilə bağlı mümkün qətnaməsinə qarşı çıxdığını təsdiqləyib. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli bazar ertəsi həftəlik brifinqdə bəyan edib. Xəbəri Anadolu agentliyi yayıb.

"Biz belə qətnaməyə qarşı çıxış etdiyimizi açıq şəkildə bəyan etmişik və mövqeyimiz dəyişməyib", - Krouli bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti bu qətnamə ilə bağlı Nümayəndələr Palatası ilə sıx əlaqə saxlayır.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni dəstəkləyib. Sənədin lehinə 23, əleyhinə isə 22 konqresmen səs verib. Komitə tərəfindən qətnamənin təsdiqlənməsi onun Nümayəndələr Palatasının bütün tərkibi tərəfindən baxılmasına yol açır.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.

Xəbər lenti

Xəbər lenti