...

İstanbulda İƏT ölkələrinin daxili işlər nazirlərinin görüşü olub

Dünya xəbərləri Materials 24 Dekabr 2010 19:18 (UTC +04:00)

İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclası keçirilib. Bu barədə Türkiyə dövlət televiziyası TRT-nin rus dili xidməti məlumat verib.

Türkiyənin daxili işlər naziri Bəşir Atalay öz çıxışında həmkarlarına terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizəyə qarşı yönələn sazişi dəstəkləməyə çağırıb.

"Türkiyə terrorizmlə mübarizədə yeni strategiyanı hazırlamağa, terrorizm anlayışını müəyyənləşdirən zaman ziddiyyətlərin, eləcə də ikili standartların aradan qaldırılmasına səy göstərir", - Atalay qeyd edib.

Onun sözlərinə görə, bu gün mütəşəkkil cinayətkarlıqla mübarizə və narkotiklər üzərində nəzarət kimi məsələlərdə əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur.

İƏT hökumətlərarası regional təşkilat və İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının varisi olmaqla, 1985-ci ildə yaradılıb. İƏT üç təsisçi ölkə - İran, Pakistan və Türkiyənin imzaladığı İzmir müqaviləsinin nizamnaməsi əsasında fəaliyyət göstərir.

1992-ci ildə təşkilata yeddi yeni dövlət - Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan daxil olublar.

Xəbər lenti

Xəbər lenti