İran və "5+1" qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) nümayəndələri İstanbulda danışıqların növbəti mərhələsinin tarixinin müəyyənləşdirilməsi üzrə müzakirələrə başlayıblar. Bu barədə FARS agentliyi "Nüvə İranı" saytına istinadən məlumat verib.
"Hər halda danışıqların tarixi barədə məsələ Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun Vaşinqtona qarşıdakı səfərinə və onun dövlət katibi Hillari Klintonla görüşünə qədər açıq qalacaq", - saytda deyilir.
Dekabrın 6-7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran və "altılıq" arasında danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlar prosesinin yekunları üzrə müzakirələrin yanvarın sonunda İstanbulda davam etdirilməsi qərara alınıb.
İranla "altılıq" arasında İstanbul görüşünün tarixi müzakirə olunur
İran və "5+1" qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) nümayəndələri İstanbulda danışıqların növbəti mərhələsinin tarixinin müəyyənləşdirilməsi üzrə müzakirələrə başlayıblar.