...

Qərb ilə müzakirələrdə "ön şərt" olmamalıdır - İranın BAEA-dakı nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 17 Yanvar 2011 13:38 (UTC +04:00)
İran Qərb ilə nüvə proqramını yalnız "ön şərt" (precondition) olmadan müzakirə edəcək. Bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi Əli Əsgər Sultaniyyə deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.
Qərb ilə müzakirələrdə "ön şərt" olmamalıdır - İranın BAEA-dakı nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Müzakirələrin şərtləri ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 13:03-də yayılıb)

İran Qərb ilə nüvə proqramını yalnız "ön şərt" (precondition) olmadan müzakirə edəcək. Bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi Əli Əsgər Sultaniyyə deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.

Sultaniyyə əlavə edib ki, İran 5+1 ölkələri ilə (BMT TŞ-nin daimi üzvləri - Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) bərabər şərait və pozitiv atmosferdə müzakirələrə hazırdır.

"Müzakirələr qarşılıqlı ehtiram əsasında keçirilməlidir və müzakirə iştirakçılarının bərabər hüquqları olmalıdır. İran özünün müzakirələrdə iştirak edən bütün ölkələr, o cümlədən 5+1 ölkələri ilə eyni gücdə bilir , lakin bizim onlardan bir fərqimiz var ki, İranda nüvə silahı yoxdur və nüvə silahı inancımıza ziddir", - Sultaniyyə deyib.

O, əlavə edib ki, İran böyük güc ölkələri ilə beynəlxalq aləmdə və regionda baş verən problemlərin həlli, regionun təhlükəsizliyi, iqtisadiyyat, enerji , narkotiklərlə mübarizə və sülhyönlü nüvə enerjisindən istifadə sahələrində müştərək əməkdaşlıq etməyə hazırdır.

İranın nüvə proqramı ilə bağlı "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) və İran arasında danışıqların növbəti raundu 14 aylıq fasilədən sonra 2010-cu ilin dekabrında Cenevrədə keçirildi. Danışıqların növbəti raundu 2011-ci il yanvarın 21-də İstanbulda keçiriləcək.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyanı nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır. BMT TŞ-nin 2010-cu il 9 iyun tarixli 1929 saylı qətnaməsindən sonra ABŞ Konqresi iyun ayının 24-də İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmək layihəsini tədiqləyib. İndiyədək Avropa İttifaqı, Yaponiya, Koreya Respublikası, Hindistan və Avstraliya da İrana qarşı ABŞ-ın birtərəfli iqtisadi sanksiyalarına qoşulub.

Xəbər lenti

Xəbər lenti