...

İranın müvəqqəti xarici işlər naziri Türkiyədə Livan məsələsini müzakirə edəcək

Dünya xəbərləri Materials 17 Yanvar 2011 16:04 (UTC +04:00)
İranın xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Əli Əkbər Salehi bu gecə Türkiyəyə səfər edəcək.
İranın müvəqqəti xarici işlər naziri Türkiyədə Livan məsələsini müzakirə edəcək

İranın xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Əli Əkbər Salehi bu gecə Türkiyəyə səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Salehi Türkiyə rəsmiləri ilə Livanda baş verən son hadisələr barədə müzakirələr aparacaq. Səfər bir neçə saat davam edəcək. Səfər zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüş nəzərdə tutulub.

Hakim koalisiyaya daxil olan "8 mart alyansı" fraksiyasından 10 nazirin ardınca prezidentin təyin etdiyi 1 nazirin də istefa verməsi Livanda hökumətin süqutuna gətirib. Nazirlərin üçdə biri vəzifə başından getdiyinə görə yanvarın 12-də hökumət tam tərkibdə istefa verməli olub. 2009-cu ilin noyabrında yaradılmış milli birlik hökumətinə hakim partiyadan 15, müxalifətdən 10 nazir daxil olmuş, 5 naziri isə prezident təyin etmişdi. Baş nazir Saad Həriri hökumətin süqutu xəbərini ABŞ-a rəsmi səfəri zamanı alıb.

Həririnin hökumətinin istefa verməsi Livanda siyasi gərginliyə gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti