...

İranda 10 nəfər edam olunub

Dünya xəbərləri Materials 19 Yanvar 2011 10:21 (UTC +04:00)
Tehran şəhər İnqilab Məhkəməsi 10 nəfərin edam olunması barədə məlumat yayıb. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı /iribnews.ir/ məlumat verir.
İranda 10 nəfər edam olunub

Tehran şəhər İnqilab Məhkəməsi 10 nəfərin edam olunması barədə məlumat yayıb. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı /iribnews.ir/ məlumat verir.

Məlumatda yanvarın 19-da səhər Tehranın Rəcayişəhr həbsxanasında 10 nəfərin edam olunması barədə bildirilib. Edam olunanların hamısı narkotik maddələrin qaçaqmalçılığında təqsirli biliniblər.

Son üç həftə ərzində İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 47 nəfər edam olunub.

Xəbər lenti

Xəbər lenti