...

İranda çanaq antenləri ilə mübarizə davam edir

Dünya xəbərləri Materials 1 Mart 2011 11:39 (UTC +04:00)
Çanaq antenlərinin yığışdırılması ilə əlaqədar polisə verilən tapşırığa heç bir dəyişiklik edilməyib və onlar tapşırığı yerinə yetirirlər.
İranda çanaq antenləri ilə mübarizə davam edir

Çanaq antenlərinin yığışdırılması ilə əlaqədar polisə verilən tapşırığa heç bir dəyişiklik edilməyib və onlar tapşırığı yerinə yetirirlər. Əhalini və bütün orqanları çanaq antenləri ilə bağlı qanuna riayət etməyə çağırırıq. Bunu İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

İran fevral ayında dəfələrlə BBC-nin fars şöbəsinin yayımının qarşısını alıb. Bundan əvvəl "Amerikanın səsi" telekanalı və "Deutsche Welle" radiosunu da yayımı dayandırılıb. İran iddia edir ki, xarici telekanallar ölkədə sabitliyi pozmağa çalışırlar.

İranda çanaq antenlərinin istifadəsi qanunla qadağan edilib. Lakin rəsmi məlumatlar da göstərir ki, ölkədə ailələrin 40 faizdən çoxu bu vasitədən istifadə edir. Hakimiyyət müntəzəm şəkildə belə antenlərin yığışdırılması ilə bağlı tədbirlər həyata keçirsə də, bir neçə gündən sonra evlərdə yenidən bu qurğu quraşdırılır.

Xəbər lenti

Xəbər lenti