...

İran XİN Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb

Dünya xəbərləri Materials 6 May 2011 11:20 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyi Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İran XİN Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb

Azərbaycan, Bakı, 6 may /Trend/

İranın Xarici İşlər Nazirliyi Suriyada baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Bəyanatda bildirilir ki, ötən 60 il ərzində Suriya dövləti və xalqının İsrailə qarşı müqaviməti ərəb xalqlarının dirçəlişində, Fələstin və Livan xalqlarının hüquqlarının müdafiəsində bir başa rol oynayıb və təsir edib. Suriya sionist rejiminə qarşı birgə əməkdaşlığın yaradılmasında da böyük rol oynayıb.

"Suriya xalqının və dövlətinin sayıqlığı ABŞ və sionistlərin məkirli siyasətinə zərbələr vurub. Suriya rəhbərliyi milli mənafe uğrunda islahat aparmaq üçün çalışır. İran İslam Respublikası ümid edir ki, Suriya rəhbərliyinin islahat proqramı ilə Suriya xalqı ərəb və islam xalqları arasında öz tarixi rolunu daha yaxşı şəkildə həyata keçirəcək. İran və Suriya arasında 32 illik dostluq əlaqələri mövcuddur. Bu dostluq dövlətlərlə yanaşı, iki ölkənin müsəlman xalqı arasında da mövcuddur və onlar sionist rejiminin və onu dəstəkləyən ABŞ-ın işğalçılıq siyasəti ilə mübarizədə bir-birinin yanındadırlar. ABŞ siyasətçilərinə məsləhət görürük ki, regionda baş verən hadisələri düzgün qiymətləndirsinlər və sionist rejimini dəstəkləməklə tarix boyu etdikləri səhvi yenidən təkrarlamasınlar", - bəyanatda deyilir.

Suriyada etirazlar martın 25-də Dəra şəhərində divar və hasarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəblinin həbs edilməsindən sonra başlayıb. Həmin etirazlar sonralar ölkənin digər rayonlarına da yayılıb. Əhali həbs edilən məktəblilərin azad edilməsi tələbi ilə küçələrə çıxıb. Bir həftə ərzində polislə toqquşmalarda yüzlərlə adam həlak olub.

Bundan sonra Suriya Prezidenti Bəşər əl-Əsəd hökumətin istefasını qəbul edib. İordaniya ilə sərhəddə yerləşən Dəra şəhərində iğtişaşların başlanmasından iki həftə sonra Suriya rəhbərliyi təcili siyasi islahatlar planının qəbul olunduğunu elan edib. Plan, həmçinin çoxpartiyalı sistemə keçilməsi, KİV haqqında yeni qanunun qəbulu, məhkəmə islahatlarının aparılması, eləcə də əhalidə xüsusi narazılıq doğuran korrupsiya ilə mübarizənin sərtləşdirilməsini nəzərdə tutur.

Suriya hökuməti iki gün öncə Dəra şəhərindən hərbiçilərin çıxarılmasına başlayıb. Xalq etirazları hələ də davam edir.

Xəbər lenti

Xəbər lenti