Azərbaycan, Bakı, 29 iyul /Trend/
İyulun 29-da İran qazının Türkiyəyə nəql olunduğu boru kəmərində partlayış baş verib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, partlayış nəticəsində İran qazının Türkiyəyə nəqli müvəqqəti dayandırılıb. Hazırda partlayış bölgəsində baş vermiş yanğın söndürülüb, əməliyyat qrupları boru kəmərinin işini bərpa etməyə çalışır.
Həlak olan və yaralananların sayı barədə hələlik ətraflı məlumat daxil olmayıb.
Ötən il ərzində İran-Türkiyə qaz boru kəmərində bir neçə dəfə partlayış baş vermişdi.
İran gün ərzində Türkiyəyə orta hesabla 30 milyon kubmetr qaz nəql edir.