...

Rusiya təşəbbüskar kimi çıxış edərsə, İran danışıqların addımlar üzrə planına hazırdır

Dünya xəbərləri Materials 27 Yanvar 2012 13:52 (UTC +04:00)
İranın və onun dinc nüvə proqramının maraqlarında olarsa, Tehran "altılıq"la danışıqların addımlar üzrə planına hazırdır.
Rusiya təşəbbüskar kimi çıxış edərsə, İran danışıqların addımlar üzrə planına hazırdır

Azərbaycan, Bakı, 27 yanvar /Trend müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın və onun dinc nüvə proqramının maraqlarında olarsa, Tehran "altılıq"la danışıqların addımlar üzrə planına hazırdır. Trend-in MEHR agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Ələddin Borucerdi bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti artıq bu məsələ üzrə rusiyalı həmkarları ilə danışıqlar keçiriblər. O, həmçinin əlavə edib ki, İran yalnız Rusiya təşəbbüskar qismində çıxış edərsə, danışıqların addımlar üzrə planına riayət edəcək.

2011-ci ili iyulun 13-də Rusiya İranın nüvə proqramı üzrə danışıqlarda mərhələli yanaşma təklifini irəli sürüb. Təklifə əsasən, Tehran Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) suallarına və narahatçılığına hər dəfə məmnunluqla cavab verərsə, onu təşviq etmək, o cümlədən bəzi sanksiyaları dayandırmaq lazımdır.

Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "altılıq" 2003-cü ildən etibarən İranı nüvəni zənginləşdirmək proqramını dayandırmaq üçün inandırmağa cəhd edir.

Borucerdi "altılıq" ölkələrinə İranı nüvə potensialı olan ölkə kimi tanımağı tövsiyə edib.

İran və "altılıq" 2010-cu ilin dekabrında Cenevrədə və ötən ilin yanvarında İstanbulda çoxtərəfli danışıqların iki raundunu keçiriblər.

Xəbər lenti

Xəbər lenti