...

İranda həbsxana gözətçilərinə silahlı hücum olunub

Dünya xəbərləri Materials 30 Yanvar 2012 12:19 (UTC +04:00)
Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhər həbsxanasının gözətçilərinə naməlum şəxslər silahlı hücum ediblər.
İranda həbsxana gözətçilərinə silahlı hücum olunub

Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir T.Cəfərov /

Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhər həbsxanasının gözətçilərinə naməlum şəxslər silahlı hücum ediblər. Trend-in məlumatına görə, bu barədə jamejamonline.ir qəzeti xəbər verir.

Məlumata əsasən, silahlı şəxslər üç nəfər olub. Onlar həbsxana gözətçilərinin avtomobilinə yaxınlaşaraq onu atəşə tutublar. Hadisə nəticəsində gözətçilərdən ikisi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti