...

RF Təhlükəsizlik Şurası katibinin köməkçisi İrana səfər edəcək

Dünya xəbərləri Materials 12 Mart 2012 14:45 (UTC +04:00)
RF Təhlükəsizlik Şurası katibinin köməkçisi Yevgeni Lukyanov İrana səfər edəcək.
RF Təhlükəsizlik Şurası katibinin köməkçisi İrana səfər edəcək

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva /

RF Təhlükəsizlik Şurası katibinin köməkçisi Yevgeni Lukyanov İrana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə ISNA agentliyi İranın Moskvadakı səfiri Rza Səcadiyə istinadən xəbər yayıb.

Lukyanov Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bağiri və başqa rəsmilərlə görüşlər keçirəcək.

Görüşlərdə regionda, Əfqanıstan və Suriyadakı vəziyyət, İranın nüvə proqramı və başqa məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti