Azərbaycan, Bakı, 12 mart / Trend, müxbir A.Tağıyeva /
Türkiyədə Kayseridən Sivasa gedən avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
Yol qəzası nəticəsində altı yaşlı uşaq həlak olub, 25 nəfər xəsarət alıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.