...

Dörd minə yaxın iranlı neftçi xaricdə çalışır - deputat

Dünya xəbərləri Materials 14 Mart 2012 14:28 (UTC +04:00)
Hazırda dörd minə yaxın iranlı neft mütəxəssisi başqa ölkələrdə çalışır.
Dörd minə yaxın iranlı neftçi xaricdə çalışır - deputat

Azərbaycan, Bakı, 14 mart / Trend müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Hazırda dörd minə yaxın iranlı neft mütəxəssisi başqa ölkələrdə çalışır. Trend-in məlumatına görə, bu barədə İran parlamentinin üzvü Əsədulla Abbasi ILNA agentliyinə məlumat verib.

Abbasi qeyd edib ki, iranlı neftçilər ölkəni əməkhaqqının aşağı olması səbəbindən tərk edirlər. Halbuki başqa ölkələrdə onların əməyinə daha yüksək haqq təklif edirlər.

Bir az əvvəl mühafizəkar İran saytı bəyan etmişdi ki, Qərb ölkələri İranın neft sənayesini zəiflətmək və onu yüksəkixtisaslı mütəxəssislərsiz qoymaqdan ötrü iranlı mütəxəssisləri yüksək əməkhaqqı ilə cəlb edirlər. Saytın fikrincə, bu, İranı öz nüvə proqramının inkişafına yenidən baxmağa məcbur edəcək.

Xəbər lenti

Xəbər lenti