...

İran Suriyada demokratiyanın dəstəklənməsi haqqında yalançı şüarları pisləyir

Dünya xəbərləri Materials 3 Aprel 2012 13:03 (UTC +04:00)
İran Suriyada demokratiyanın dəstəklənməsi haqqında yalançı şüarları pisləyir.
İran Suriyada demokratiyanın dəstəklənməsi haqqında yalançı şüarları pisləyir

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva, T.Cəfərov/

İran Suriyada demokratiyanın dəstəklənməsi haqqında yalançı şüarları pisləyir. Bunu çərşənbə axşamı İran Parlamentinin spikeri Əli Laricani aprelin 1-də Türkiyədə keçirilən "Suriyanın dostları qrupu"nun iclasının yekunlarını şərh edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Rusiya bu iclasa rəsmən dəvət olunsa da, həmin toplantıda iştirakdan imtina edib. İran isə ora dəvət olunmayıb.

İlk belə görüş fevralın 24-də Tunisdə keçirilib. Rusiya və Çin orada iştirak etməyib.

Laricaninin fikrincə, "Suriyanın dostları qrupu"nun fəaliyyəti hər şeydən əvvəl İsrailin xeyrinə yönəlib.

"Region ölkələri Əsəd rejimini diktatura adlandırır. Onlar Suriya müxalifətinə hərbi yardım göstərmək istəyirlər. Belə yardım regionda sabitliyin pozulmasına səbəb olacaq və İsrailə qarşı müqaviməti sındıracaq", - Laricani deyib.

Xəbər lenti

Xəbər lenti