...

Türkiyə Prezidenti və Baş nazirinin adına universitetlər olacaq

Dünya xəbərləri Materials 11 Aprel 2012 13:17 (UTC +04:00)
Türkiyə Prezidenti və Baş nazirinin adına universitetlər olacaq. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Resmi Gazete" qəzetinə istinadən məlumat verir.
Türkiyə Prezidenti və Baş nazirinin adına universitetlər olacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyə Prezidenti və Baş nazirinin adına universitetlər olacaq. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Resmi Gazete" qəzetinə istinadən məlumat verir.

Belə ki, Rizə şəhərindəki universitetin (Rize Üniversitesi) adı dəyişdirilərək Rəcəb Tayyib Ərdoğanın adı veriləcək.

Kayseri şəhərindəki universitet (Kayseri Üniversitesi) isə Abdullah Gülün adını daşıyacaq.

Bundan başqa, Zonquldaqdakı universitet (Zonguldak Karaelmas Üniversitesi) keçmiş Baş nazir Bülent Ecevit, Konya şəhərində yerləşən universitet (Konya Üniversitesi) isə sabiq Baş nazir Nəcməddin Ərbakanın adını daşıyacaq.

Xəbər lenti

Xəbər lenti