...

Yer kürəsində maqnit qasırğası başlayıb

Dünya xəbərləri Materials 13 Aprel 2012 13:10 (UTC +04:00)
Yerdə maqnit qasırğası başlayıb, lakin hələlik onun intensivliyi azdır. Bunu ABŞ-ın Okeanik və atmosfer araşdırmaları Milli İdarəsinin Kosmik hava proqnozları mərkəzinin (NOAA) məlumatları sübut edir.
Yer kürəsində maqnit qasırğası başlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Yerdə maqnit qasırğası başlayıb, lakin hələlik onun intensivliyi azdır. Bunu ABŞ-ın Okeanik və atmosfer araşdırmaları Milli İdarəsinin Kosmik hava proqnozları mərkəzinin (NOAA) məlumatları sübut edir.

Yerüstü maqnit stansiyalarının ölçdüyü geomaqnit şiddət indeksi gecəyarısına yaxın 4 "sarı səviyyə"yə, amma səhər saat 07:00-da "qırmızı"- 5 qiymətinə qədər artaraq maqnit qasırğası hesab edilən minimum səviyyəyə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən yazır.

Yer kürəsində maqnit tufanları Günəşdəki partlayışlarıyla bağlı atılan plazma topalarının planetin maqnit sahəsini "vuran" zaman başlanır. Dolu hissəciklər geomaqnit hiddətlərə səbəb olur. Əgər onlar böyük gücə malik olarlarsa, bu elektron avadanlıqda nasazlıqlara, radio əlaqədə və elektrik şəbəkələrində pozğunluqlara gətirib çıxara bilər.

Yer maqnitizmi, ionedferi və dalğaların yayılması İnstitutunun direktoru Sergey Qaydaşın RİA Novosti-yə verdiyi məlumata görə, indiki tufan koronal tullantılarla deyil, koronal dəliklə, yəni yüksək sürətli Günəş küləyinin mənbəyi olan aralanmış maqnit sahəsi ilə bağlıdır.

"Bu çox böyük sahəni əhatə edən koronal dəlik Günəş diskinin onuncu hissəsidir, o qasırğa verməli idi və budur, o gəldi", - Qaydaş deyib.

O izah edir ki, adətən Günəşdə maqnit sahəsinin qövs formasını xatırladan qüvvət xətləri bağlanıb və aralanmış sahə dolu hissəciklərin axınını tuta bilmir ki, bu da Yer kürəsinin maqnit sahəsində qasırğaya səbəb olan yüksək sürətli günəş küləyi yaradır.

"Bu qasırğa tez keçəcək, gün yarımdan çox davam etməyəcək", - Qaydaş sonda bildirib.

Xəbər lenti

Xəbər lenti