...

Əl-Haşimi və Bərzani Türkiyədə İraqdakı vəziyyəti müzakirə edəcəklər

Dünya xəbərləri Materials 19 Aprel 2012 16:39 (UTC +04:00)
Şimali İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzani Türkiyəyə səfəri çərçivəsində İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi ilə görüşəcək.
Əl-Haşimi və Bərzani Türkiyədə İraqdakı vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Tağıyeva /

Şimali İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzani Türkiyəyə səfəri çərçivəsində İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Zaman" qəzeti xəbər verir.

Görüş zamanı İraqdakı vəziyyətin, o cümlədən ölkənin Baş naziri Nuri əl-Malikinin siyasətinin müzakirə olunacağı gözlənilir. Bərzani Türkiyənin bəzi rəsmi şəxsləri, o cümlədən Baş nazir Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Əhməd Davudoğlu ilə də görüşlər keçirəcək.

Sünni təriqətindən olan əl-Haşiminin həbsinə order İraqın məhkəmə sistemi tərəfindən 2011-ci il dekabrın 19-da verilib. Lakin Haşimi ölkənin şimalında gizlənir.

Xəbər lenti

Xəbər lenti