Azərbaycan, Bakı, 22 may /Trend/
Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovun RF Prezidenti Administrasiyasının rəhbəri təyin edilməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər yayıb.
Beləliklə, 2011-ci il dekabrın sonlarında Kreml administrasiyasının rəhbəri təyin edilən İvanov öz postunda qalıb. O, administrasiyada parlament seçkilərindən sonra Dövlət Dumasının spikeri seçilən Sergey Narışkini əvəz edib. Məlumatı RİA Novosti yazır.
2007-ci ildə Dmitri Medvedevlə bərabər səviyyədə prezident postunda Vladimir Putinin mümkün varisi sayılan İvanov on il ərizndə Rusiya hökumətində çalışıb.