...

Ərdoğan: Türkiyə Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil

Dünya xəbərləri Materials 5 İyun 2012 14:10 (UTC +04:00)
Suriya böhranının nizamlanmasında rol oynamağa çalışan Türkiyə bu ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində deyil.
Ərdoğan: Türkiyə Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Tağıyeva/

Suriya böhranının nizamlanmasında rol oynamağa çalışan Türkiyə bu ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunun açılışında çıxış edərkən bildirib.

"Türkiyə bilir ki, Suriya böhranında istənilən ehtiyatsız addım regional fəlakətə gətirib çıxara bilər. Türkiyənin məqsədi ölkənin daxili işlərinə qarışmaq deyil, bu böhranın nizamlanmasıdır", - Ərdoğan qeyd edib.

"Suriyada davam edən zorakılıq nəticəsində minlərlə insan öldürülüb, daha on minlərlə insan böhrandan Türkiyə və İordaniyaya qaçıb. Əgər Suriya problemi həll edilməsə, bu insanların taleyi təhlükə altında olacaq", - Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti