Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Tağıyeva/
Cümə axşamı gecə İstanbulda partlayış baş verib. Kafenin yanında dayanmış avtomobilin altına bərkidilmiş bomba partlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Partlayış nəticəsində iki İraq vətəndaşı yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyəti sabit qiymətləndirilir.