...

Qəbələ RLS barədə danışmaq hələ tezdir – RF Federal Xidməti

Dünya xəbərləri Materials 5 İyul 2012 12:49 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasında Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması barədə danışıqlarda güzəşt üçün imkan hələ itirilməyib.
Qəbələ RLS barədə danışmaq hələ tezdir – RF Federal Xidməti

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Rusiya ilə Azərbaycan arasında Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması barədə danışıqlarda güzəşt üçün imkan hələ itirilməyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "RİA Novosti"yə RF Federal Xidməti direktorunun hərbi-texniki əməkdaşlıq üzrə müavini Konstantin Biryulin bildirib.

Rusiya HHQ-nin baş komandanı, general-mayor Viktor Bondaryov ötən həftə "RİA Novosti"də mətbuat konfransında bəyan edib ki, Rusiya və Azərbaycan icarə barədə razılığa gələ bilməzlərsə, RF SQ çox şey itirməyəcək. Onun sözlərinə görə, bu stansiya praktiki tətbiqə malik deyil və Rusiya Federasiyası indi "faktiki olaraq bu istiqaməti örtən" stansiyalarını tikir.

"Güzəşt üçün yollar axtarmaq lazımdır, güzəştə həmişə nail olmaq mümkün ola bilər. Problem tərəflərin bu güzəştə getməyə hazır olmalarından və tərəflərdən hər birinin razılaşmağa hazır olduqları bu güzəştin dərəcəsindən ibarətdir", - Biryulin deyib.

Bununla belə, o, bildirib ki, hazırda danışıqların sonrakı gedişini proqnozlaşdırmaq kifayət qədər çətindir.

Xəbər lenti

Xəbər lenti