...

İranda diabet xəstələrinin sayı artır

Dünya xəbərləri Materials 18 İyul 2012 12:34 (UTC +04:00)
İndiyədək İranda 300 min nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınıb, lakin bu rəqəmin 2-3 milyon nəfər olduğu güman edilir.
İranda diabet xəstələrinin sayı artır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Cəfərov/

İndiyədək İranda 300 min nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınıb, lakin bu rəqəmin 2-3 milyon nəfər olduğu güman edilir. Bunu İranın Səhiyyə Nazirliyinin Şəkərli diabet şöbəsinin rəisi Məhəmməd Ələviniya deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, İranda da şəkərli diabet xəstəliyinə yoluxanların sayı durmadan artır.

Ələviniya diabet xəstəliyinin əsasən böyüklər arasında artığını deyib və bildirib ki, bu, əsasən onların düzgün həyat tərzi sürməmələrindən irəli gəlir.

Şəkərli diabet endokrin sistemi xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur.

Xəbər lenti

Xəbər lenti