...

Suriyada toqquşmalarda bir gündə 257 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Avqust 2012 10:58 (UTC +04:00)

Azərbaycan, bakı, 8 avqust /Trend/

Azad Suriya Ordusu və hökumət qoşunları arasında baş verən toqquşma nəticəsində dünən ölkədə azı 257 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Ölənlər arasında çoxlu sayda qadın və uşaq var. Həlak olanların əksəriyyəti Dəməşq, Hələb və Dir Əz-Zur şəhərlərinin sakinləridir.

Dünən Suriyanın Baş naziri Riyad Fərid Hicab və iki nazir müxalifətin tərəfinə keçdiklərini bildiriblər. Onlar ailələri ilə birlikdə İordaniyaya qaçıblar.

Suriya hökumətinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Baş nazirin müavini Ömər Qələvənci icra edir.

Bir müddət əvvəl Suriyanın İraq, Kipr, Belarus və BƏƏ-dəki səfirləri də müxalifət tərəfinə keçdiklərini bildirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti