...

İranda prezident seçkilərinin tarixi məlum olub

Dünya xəbərləri Materials 7 Sentyabr 2012 12:55 (UTC +04:00)
İranın Daxili İşlər Nazirliyinin dərc etdirdiyi hesabata əsasən, İslam Respublikasında prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Bu, İran DİN-in seçkilərlə bağlı ilk bəyanatıdır.
İranda prezident seçkilərinin tarixi məlum olub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın Daxili İşlər Nazirliyinin dərc etdirdiyi hesabata əsasən, İslam Respublikasında prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək. Bu, İran DİN-in seçkilərlə bağlı ilk bəyanatıdır. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.

Seçicilər ölkənin yeddinci prezidentini (11-ci dövr) - Mahmud Əhmədinejadın xələfini seçəcəklər.

İran Prezidenti birbaşa ümumxalq səsverməsi yolu ilə seçilən yüksək vəzifəli şəxsdir. Lakin o, xarici siyasətə və silahlı qüvvələrə nəzarət etmir.

Namizədlər altı ruhanidən (İranın ali dini lideri tərəfindən seçilən) və altı hüquqşünasdan (İran məhkəmə sisteminin başçısı tərəfindən təklif edilən və parlament tərəfindən bəyənilən) ibarət olan Qəyyumlar Şurası tərəfindən yoxlanılmalıdır.

İranda onuncu dövr prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. O zaman hazırkı Prezident Mahmud Əhmədinejad üç rəqibi ilə bu post uğrunda mübarizə aparıb.

DİN-in məruzəsində deyildiyi kimi, prezident seçkilərinin keçiriləcəyi gün parlamentdə dörd boş qalmış yerə aralıq seçkilər də keçiriləcək.

Məruzədə bildirilir ki, həmin gün bütün ölkə ərazisində bələdiyyə seçkiləri də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti