...

İran və İraq hərbi sahədə əməkdaşlığı genişləndirir

Dünya xəbərləri Materials 3 Oktyabr 2012 11:25 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər İraqa səfər edib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
İran və İraq hərbi sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər İraqa səfər edib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumatda bildirilir ki, səfər zamanı Vəhidi iraqlı həmkarı Sədun Əl-Duleymi və digər rəsmilərlə görüşəcək, regionda və beynəlxalq aləmdə baş verən mühüm məsələlərlə yanaşı, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparacaq.

Səfərdən öncə Vəhidi jurnalistlərə açıqlamasında deyib ki, İran qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. "İraq İranın xarici və müdafiə siyasətində xüsusi yerə malikdir", - Vəhidi deyib.

Qeyd edək ki, bu, 1979-cu il İran İslam İnqilabından sonra İranın müdafiə nazirinin İraqa ilk rəsmi səfəridir.

Son günlərdə İraq ölkənin hava məkanından keçən İrandan Suriyaya gedən təyyarələrdə axtarışlar aparılacağını bəyan edib. Qeyd edək ki, ABŞ İranın Suriya hökumətinə hərbi yardımlar etməsi ilə bağlı narahatlığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti