...

İranlı haker mindən artıq xarici saytı dağıtdığına görə həbs edilib

Dünya xəbərləri Materials 13 Noyabr 2012 14:09 (UTC +04:00)
İranda 1000-dən artıq xarici saytı dağıdan haker həbs edilib. Trend-in "Tabnak" portalına istinadən verdiyi məlumata görə, bu saytların çoxu ABŞ və İsrailə məxsus olub.
İranlı haker mindən artıq xarici saytı dağıtdığına görə həbs edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda 1000-dən artıq xarici saytı dağıdan haker həbs edilib. Trend-in "Tabnak" portalına istinadən verdiyi məlumata görə, bu saytların çoxu ABŞ və İsrailə məxsus olub.

Xorasan əyalətində kibercinayətkarlıqla məşğul olan polis şöbəsinin rəisi polkovnik Qulamrza Hüseyni bəyan edib ki, həbs edilən haker "Facebook" istifadəçilərinin hesablarında mövcud olan məlumatlardan istifadə edərək xarici saytları dağıdıb.

Hakerin fəaliyyəti nəticəsində zərər görən saytlar arasında İran Milli Televiziyasının (IRIB) saytı da olub.

Sorğu-sual zamanı haker bildirib ki, IRIB və digər saytlara hücumları bu yaxınlarda Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdən əziyyət çəkənlərə dəstəyini göstərmək üçün edib.

Digər dağıdılan saytlar haqqında danışan haker bəyan edib ki, öz fəaliyyəti ilə İsrail və ABŞ-ın kibermüdafiəsinin zəif olduğunu nümayiş etdirmək istəyib və saytları maraq doğurduğu üçün dağıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti