...

İran "altılığ"ın nüvə danışıqlarında yeni yanaşmaya ehtiyacı olduğunu iddia edir

Dünya xəbərləri Materials 11 Dekabr 2012 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev /

P5+1 danışıqlar qrupunun İranın nüvə proqramı ilə bağlı danışqılara münasibətdə yeni yanaşmaya ehtiyacı var. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Press TV yayıb.

"İran P5+1 qrupuna dəqiq təkliflər təqdim edib, qrup onları konstruktiv və hərtərəfli hesab edib", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, "altılıq" üzvləri danışıqları davam etdirmək istəklərini ifadə ediblər.

Mehmanpərəst qeyd edib ki, danışıqlar məntiqi olaraq əsaslandırılmış olmalı və İran xalqının hüquqları tanınmalıdır.

"Əgər bu baş verərsə, onda danışıqlar davam edə bilər. Dəqiq vaxta gəldikdə isə, tarix daha sonrakı mərhələlərdə dəqiqləşdiriləcək", - Mehmanpərəst bildirib.

O, İranla BAEA arasında danışıqlar barədə bildirib ki, Agentlik məxfi məlumatların saxlanması və qorunmasına görə məsuliyyət daşıyır.

İran və BAEA növbəti danışıqların dekabrın 13-də keçirilməsi barədə razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti