...

Levon Ter-Petrosyan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Dünya xəbərləri Materials 25 Dekabr 2012 12:00 (UTC +04:00)
Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" müxalifət blokunun lideri Levon Ter-Petrosyan 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyəcək.
Levon Ter-Petrosyan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" müxalifət blokunun lideri Levon Ter-Petrosyan 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyəcək. Bunu Ter-Petrosyan "Çorrord inknişhanutyun" qəzetinə müsahibəsində bidlirib. Trend-in məlumatına görə, xəbəri Ermənistan KİV-i yayıb.

Onun sözlərinə görə, Ermənistanda əsas problem hər şeyin hakimiyyəti ələ keçirmiş bir qrup cinayətkarın əlində toplaşdığı fövqəlidarəçilikdir.

"Buna görə də hazırda xaosdan azad olmaq və ölkənin idarə olunan bir dövlətə çevrilməsi üçün tələb yoxdur və hətta əgər belə tələb olsaydı belə, bu o demək deyil ki, onu təmin edən şəxs mən olardım", - o bildirib.

Ter-Petrosyanın sözlərinə görə, o artıq Ermənistan prezidenti seçilməsindən üç il sonra rəsmən azad və qanuni seçkilərin keçirilməsi vasitəsilə ölkənin yeni prezidentinin seçilməsinə imkan verərək siyasəti həmişəlik tərk etməyə hazır olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti