Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin rəisi Ayvazyan və Fransanın Ermənistandakı hərbi attaşesi Andre Evra (iqamətgahı Tbilisidə yerləşir) 2013-cü ildə hərbi sahədə əməkdaşlıq üzrə Ermənistan-Fransa ikitərəfli Planını imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "1in.am" yazır.
Plana Ermənistan Silahlı Qüvvələrinin müdavim və zabitlərinin təhsili və təkmilləşdirilməsi üzrə kurslar, habelə Ermənistanın Silahlı Qüvvələrində həyata keçirilən islahatlara aid sahələrdə təcrübə mübadiləsi üzrə tədbirlər daxildir.