Azərbaycan, Bakı, 4 fevral /Trend/
Bazar günü Ermənistan prezidentliyinə namizəd Payuyr Hayrikyan xəstəxana palatasından çıxaraq bildirib ki, o, seçkilərin tarixinin dəyişdirilməsi barədə qərarını bazar ertəsi yox, çərşənbə axşamı, yəni fevralın 5-də elan edəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı yazır.
Onun bu barədə qərarını onun nümayəndələri çox güman ki, "Yerevan" mehmanxanasında elan edəcəklər.
Yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub.
İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib.
Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.