...

Ermənistanda prezident seçkilərinin vaxtı dəyişməyəcək

Dünya xəbərləri Materials 5 Fevral 2013 12:38 (UTC +04:00)
Ermənistanda ötən həftə sui-qəsdə məruz qalan prezidentliyə namizəd Paruyr Hayrikyan seçkilərini vaxtını dəyişdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. Bunu çərşənbə axşamı jurnalistlərə Hayrikyanın vəkili Levon Baqdasaryan məlumat verib.
Ermənistanda prezident seçkilərinin vaxtı dəyişməyəcək

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ermənistanda ötən həftə sui-qəsdə məruz qalan prezidentliyə namizəd Paruyr Hayrikyan seçkilərin vaxtını dəyişdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. Bunu çərşənbə axşamı jurnalistlərə Hayrikyanın vəkili Levon Baqdasaryan məlumat verib. Trend-in məlumatına görə, bu barədə Novosti-Armeniya yazıb.

Qeyd edək ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.

Bir müddət əvvəl Hayrikyan Ermənistan qanunvericiliyində nəzərdə tutlmuş seçkilərinin vaxtının dəyişdirilməsi hüququndan istifadə edə biləcəyini bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti