...

İranın Şərqi Azərbaycan əyalətində yenidən güclü zəlzələ olub

Dünya xəbərləri Materials 13 Fevral 2013 11:16 (UTC +04:00)
Ötən axşamdan bu gün səhərədək İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində 8 dəfə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.
İranın Şərqi Azərbaycan əyalətində yenidən güclü zəlzələ olub

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir T.Cəfərov /

Ötən axşamdan bu gün səhərədək İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində 8 dəfə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.

İlk zəlzələnin gücü Rixter cədvəli üzrə 4,1 bal olub, bundan sonra isə müxtəlif bal gücündə daha yeddi zəlzələ baş verib.

Şərqi Azərbaycan əyalətinin fövqəladə hallar idarəsinin rəisi Xəlil Sayi deyib ki, baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.

Qeyd edək ki, yanvarın 26-da və 29-da da İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan və Əhər şəhərlərində Rixter cədvəli üzrə 5 və 4,5 bal gücündə zələzələ baş vermişdi.

Xatırladaq ki, 2012-ci ilin avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti