...

Ermənistan prezidentliyinə namizəd Yerevanın mərkəzində mitinq keçirəcək

Dünya xəbərləri Materials 15 Fevral 2013 11:09 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan ona qarşı törədilən qəsdlə bağlı öz mülahizələrinin bölüşdürmək üçün şəbəkəyə çarx yerləşdirib.
Ermənistan prezidentliyinə namizəd Yerevanın mərkəzində mitinq keçirəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan ona qarşı törədilən qəsdlə bağlı öz mülahizələrinin bölüşdürmək üçün şəbəkəyə çarx yerləşdirib. Habelə orada Hayrikyanın fevralın 16-da Yerevandakı Azadlıq meydanında yekun mitinq keçirəcəyinə dair məlumat da yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə "tert.am" yazır.

Hayrikyan seçkilərin təxirə salınmasına görə, Konstitutsiya Məhkəməsinə müraciət etməklə bağlı öz qərarını iki dəfə dəyişdirib. Sonuncu dəfə o, digər prezidentliyə namizədlərin onun ətrafında birləşməkdən imtina etmələrindən sonra öz müraciətinin geri götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti